HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.

HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.

Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.

c7b5682ed3faa234b667d30d06ffd73e 415d0972820b995df9d474c0b665505b f008913a4f74d6fc5ab4133357efec1d 6be965872cef546914c5f434b6c0da5a

CATEGORIES