
Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti 4 avqust tarixindən Özbəkistanda işgüzar səfərdədir.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Turin Politexnik Universitetini ziyarət edib.
Ziyarət zamanı müdafiə sənayesi sahəsi üçün ixtisaslı kadr hazırlığı, gənc mütəxəssislərin qısamüddətli təlim proqramlarına cəlb olunması və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, ali təhsil müəssisəsi ilə Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi arasında memorandum imzalanıb.
Nümayəndə heyəti, həmçinin İnnovativ Texnologiyalar Mərkəzində də olub. Onlara süni intellekt, elmi-tədqiqat və innovasiya istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda mərkəzin iş prinsipi haqqında ətraflı məlumat verilib.
Daha sonra H.Əzimov Özbəkistan Müdafiə Sənayesi Agentliyinin rəhbər heyəti ilə görüşüb.





