
Hikmət Hacıyev: “Ermənistanın Azərbaycanın şəhərlərinə raket hücumları dövlət terrorudur”
Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları, mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur.
Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial media hesabında deyib.
“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”, – deyə Hikmət Hacıyev bəyan edib.
CATEGORIES Xəbərlər
TAGS Hikmət Hacıyev