Hindistan ABŞ-dan 4 milyard dollar dəyərində PUA alır

Hindistan ABŞ-dan 4 milyard dollar dəyərində PUA alır

ABŞ Dövlət Departamenti 3.99 milyard dollar dəyərindəki MQ-9B “SkyGuardian” pilotsuz uçuş aparatlarının (PUA) Hindistana satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 31 ədəd MQ-9B “SkyGuardian” PUA-nın, 170 ədəd AGM-114R “Hellfire” raketinin, 310 ədəd GBU-39B/B kiçik diametrli aviasiya bombasının və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “General Atomics Aeronautical Systems” şirkəti olacaq.

CATEGORIES
TAGS