Hindistan açıqlanmyan iki ölkəyə “BrahMos” raketləri ixrac edəcək

Hindistan açıqlanmyan iki ölkəyə “BrahMos” raketləri ixrac edəcək

Hindistan adı açıqlanmyana iki ölkəyə “BrahMos” qanadlı raketlərini ixrac edəcək.

“Poliqon” “Indian Defence Research Wing” (IDRW) saytına istinadən xəbər verir ki, bunu Hindistanın müdafiə naziri Racnath Sinqh açıqlayıb.

Bildirilib ki, bu çərçivədə Hindistanın “BrahMos Aerospace” şirkəti sözügedən iki ölkə ilə təxminən 4,000 crore (454 milyon ABŞ dolları) dəyərində ixrac müqavilələri imzalayıb.

Bu inkişaf, yüksək təsirli “Operation Sindoor” əməliyyatından sonra yeni “BrahMos” müqavilələrinin ilk rəsmi təsdiqi kimi qiymətləndirilir və Hindistanın müdafiə idxalçısından güclü bir ixracatçıya keçidini vurğulayır.

PJ-10 “BrahMos” Rusiyanın “HSK “Maşınqayırma EİB”” ASC və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) tərəfindən birgə hazırlanmış və “BrahMos Aerospace” şirkəti tərəfindən istehsal edilən səsdən sürətli gəmi əleyhinə raketdir. Raketin adı Hindistanın Brahmaputra və Rusiyanın Moskva çaylarının adından götürülüb. Raket sovet istehsalı P-800 “Oniks” gəmi əleyhinə raketin əsasında hazırlanıb.

O, 5-15000 metr yüksəklikdə kombinələşdirilmiş trayektoriya ilə 300 km, aşağı hündürlükdə isə 120 km məsafəyə uçur. Uçuş orta sürəti 2.2-3 Mach, maksimal sürəti isə 3.5 Mach təşkil edir. Raketin start çəkisi 2500 kq (aviasiya bazalanmalı) / 3000 kq (gəmi bazalanmalı), döyüş başlığınln çəkisi isə müvafiq olaraq 200 / 450 kq-dır. Raketin maksimal atəş məsafəsi 650 km-dir.

CATEGORIES