Hindistan “Akash-NG” raket sisteminin qiymətləndirmə sınaqlarını tamamlayıb – VİDEO

Hindistan “Akash-NG” raket sisteminin qiymətləndirmə sınaqlarını tamamlayıb – VİDEO

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) “Akash-NG” (Next Generation) raket sisteminin istifadəçi qiymətləndirmə sınaqlarını tamamlayıb.

“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, sınaqlar zamanı raketlər müxtəlif məsafə və hündürlüklərdəki hava hədəflərini uğurla zərərsizləşdirməyi bacarıb.

Yerli istehsal RF axtarıcı başlıqla təchiz olunan və bərk yanacaqlı raket mühərriki ilə hərəkətə gətirilən “Akash-NG” müxtəlif növ hava təhdidlərinə qarşı effektiv müdafiəni təmin edən güclü bir hava hücumundan müdafiə (HHM) sistemidir.

Həmçinin bax: Hindistan “Akash” ZRK-lərin ilk batareyasını Ermənistana göndərib

CATEGORIES
TAGS