QuruXəbərlər

Hindistan istehsalı MArG 52 ÖAQ ABŞ Ordusuna təklif olunub

ABŞ-ın “AM General” və Hindistanın “Kalyani Strategic Systems Limited” (KSSL) şirkətləri ABŞ Ordusunun “Mobile Tactical Cannon” (MTC) proqramı çərçivəsində birgə təklif təqdim ediblər.

“Poliqon” “International Defence Analysis”ə istinadən xəbər verir ki, bu təklifin əsasını KSSL-in 155 mm-lik MArG özüyeriyən artilleriya qurğusu (ÖAQ) təşkil edir.

ABŞ Ordusu MTC proqramı çərçivəsində hazırda istifadə etdiyi M777 yedəyə alınan haubitsalarını əvəz etmək üçün yeni nəsil mobil artilleriya sisteminin alınmasını planlaşdırır. Bu proqramın əsas məqsədi döyüş meydanında daha çevik, sürətli və yüksək atəş imkanlarına malik sistemlərin silahlanmaya daxil edilməsidir. Proqram üzrə qalibin 2026-cı ilin iyul ayında elan ediləcəyi gözlənilir.

MArG 52, 40 kilometrdən artıq atəş məsafəsi və yüksək hərəkət qabiliyyətinə malik 4×4 təkər formullu platformaya inteqrasiya edilməsi ilə seçilir. ÖAQ yüksək mobillik və sürətli yerləşdirmə imkanları hesabına müasir döyüş əməliyyatlarının tələblərinə cavab vermək üçün hazırlanıb.

Back to top button