
Hindistan Ordusu 200 ədəd kamikadze PUA alır
Hindistan Ordusu operativ əməliyyatlar üçün 200 ədəd pilotsuz uçuş aparatının alqı-satqısına dair 2 müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, müqavilələrin dəyəri 2 milyard INR (27.2 milyon ABŞ dolları) təşkil edir.
1 milyard INR (13.6 milyon ABŞ doları) dəyərində olan ilk müqaviləyə əsasən, yerli “Alpha Design” ilə İsrailin “Elbit Systems” şirkətlərinin birgə yaratdığı ortaq müəssisə tərəfindən 100 ədəd “SkyStriker” kamikadze pilotsuz uçuş aparatı (PUA) istehsal ediləcək.
Digər 1 milyard INR (13.6 milyon ABŞ doları) dəyərində olan 2-ci müqavilə isə “NewSpace” şirkəti ilə bağlanıb. Müqaviləyə əsasən “NewSpace” şirkəti 100 ədəd sürü halında hərəkət etmək qabiliyyəti olan kamikadze PUA istehsal edəcək.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər