Hindistan “Pinaka MK-II” YARS-i sınaqdan keçirib

Hindistan “Pinaka MK-II” YARS-i sınaqdan keçirib

Hindistan Müdafiə Araşdırmaları və İkişafı Təşkilatı (DRDO) təkmilləşdirilmiş “Pinaka MK-II” yaylım atəşli reaktiv sistemini sınaqdan keçirib.

Bu barədə “AzeriDefence” DRDO-a istinadən məlumat verib.

Təşkilatın açıqlamasına görə, “Pinaka MK-II” raket sisteminin sınaqları uğurla nəticələnib. İdarə olunan raketlərlə komplektləşdirilən “Pinaka” 75 kilometr məsafədən hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyə imkan verir.

Təkmilləşdirilmiş “Pinaka MK-II” yaylım atəşli reaktiv sistemin atış uzaqlığı və dəqiqliyi artırılıb. Pinaka MK-II”in naviqasiya sistemi Hindistanın Regional Naviqasiya Peyk Sistemi (IRNSS) tərəfindən dəstəklənir.

 

CATEGORIES
TAGS