Hindistanın T-90S/SK tankları “Trophy” aktiv mühafizə sistemləri ilə təchiz edilə bilər

Hindistanın T-90S/SK tankları “Trophy” aktiv mühafizə sistemləri ilə təchiz edilə bilər

İsrailin “Rafael” şirkəti Hindistan Ordusunun T-90S/SK “Bhishma” tanklarını “Trophy” aktiv mühafizə sistemləri ilə təchiz etməyi hədəfləyir.

Bu barədə “Poliqon” “Zona Militar” nəşrinə istinadən xəbər verib.

Nəşr bildirib ki, fevral ayının əvvəlində Hindistan Ordusu yerli və xarici şirkətləri yeni aktiv mühafizə sistemlərinin mümkün tədarükü üçün məhsullarını və hesabatlarını təqdim etməyə dəvət edən məlumat tələbi yayımlayıb. Rəsmi sənədlərdə bu sistemlərin ölkənin əsas döyüş tankı olan T-90S/SK “Bhishma”lara inteqrasiyası nəzərdə tutulur.

“Rafael” şirkətinin inkişaf etdirdiyi “Trophy” aktiv mühafizə sistemi döyüş meydanında zirehli texnikaların sağ qalma qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. 2011-ci ildən aktiv şəkildə istifadə edilən bu sistem indiyə kimi “Merkava”, “Leopard 2”, “Abrams”, “Challenger” tankları da daxil olmaqla, 17 müxtəlif platformaya inteqrasiya olunub. Bu müddət ərzində “Trophy” 2 milyondan çox əməliyyat saatı yığıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Trophy” aktiv mühafizə sistemi Almaniya Ordusu tərəfindən “Leopard 2A8” tanklarına quraşdırılmaq üçün seçilib.

CATEGORIES