“HİSAR-O+” ZRK-nin qəbul sınağı tamamlanıb

“HİSAR-O+” ZRK-nin qəbul sınağı tamamlanıb

Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinin birgə hazırladığı “Hisar-O+” orta mənzilli zenit-raket kompleksinin (ZRK) sınaqları tamamlanıb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Aksaray test-atış mərkəzində keçirilən son sınaqlar çərçivəsində “Hisar-O+” ZRK pilotsuz hədəf təyyarəsini uğurla zərərsizləşdirib.

Hazırda “Hisar-O+” ZRK Türkiyə Silahlı Qüvvələrin inventarına qəbuledilmə mərhələsindədir.

İstifadəçi sınaqları davam etdiyinə görə, “Hisar-O+” kompleksi 2022-ci ilin əvvəlində Türkiyə Ordusunun inventarına qəbul ediləcək.

Qeyd edək ki, “Hisar-O+” kompleksi təyyarə, “hava-yer” tipli raket, qanadlı raket və PUA-lar kimi təhdidlərin qarşısını almaq imkanlarına malikdir. “HİSAR-O” ZRK-nin inkişaf etdirilmiş “HİSAR-O+” versiyasının uçuş məsafəsi 25 kilometrdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS