HMS “Anson” sualtı gəmsi Böyük Britaniya HDQ-nin istifadəsinə verilib

HMS “Anson” sualtı gəmsi Böyük Britaniya HDQ-nin istifadəsinə verilib

“BAE Systems” şirkətinin inşa etdiyi və “Astute” sinfinə aid olan növbəti sualtı gəmi Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, HMS “Anson” adlı sulatı gəminin qəbulu mərasimində şirkət nümayəndələri, Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles və digər rəsmilər iştirak edib.

“Astute” sinifinin beşinci gəmisi olan HMS “Anson” 7800 ton ağırlığa və 97 metr uzunluğa sahibdir. Sualtı gəmi Böyük Britaniya HDQ-nin ehtiyaclarını qarşılamaq üçün müasir texnologiya və sistemlər ilə təchiz olunub.

HMS “Anson” 38 ədədə qədər “Spearfish” torpeda və “Tomahawk” qanadlı raketləri ilə silahlandırılıb ki, bu da ona həm dəniz, həm də min dəniz mili uzaqlıqdakı quru hədəflərini məhv etməyə imkan verir.

Sualtı gəminin əsas üstünlüklərindən biri də onun nüvə başlıqlı raketləri daşımaq bacarığına malik olmasıdır.

Qeyd edək ki, ümumilikdə Böyük Britaniya HDQ üçün “Astute” sinfinə aid yeddi gəminin hazırlanması nəzərdə tutulub ki, artıq bunlardan beş ədədi inşa və təhvil olunub. Digər iki sualtı gəminin isə inşa olunması mərhələsi davam edir.

Poliqon.az

CATEGORIES
TAGS