“Hürjet” təlim-döyüş təyyarəsinin növbəti uçuş sınaqları keçirilib

“Hürjet” təlim-döyüş təyyarəsinin növbəti uçuş sınaqları keçirilib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli “Hürjet” təlim-döyüş təyyarəsi eniş dəstləri bağlı şəkildə ilk uçuşunu yerinə yetirib.

Bu barədə “Poliqon” “TRT Haber” televiziya kanalına istinadən xəbər verib.

Qeyd edək ki, “Hürjet” təyyarəsi ötən ilin dekabr ayında ilk dəfə anqardan çıxarılab, cari ilin fevralında isə mühərrikini işə salıb.

İlk uçuşunu cari ilin aprel ayında həyata keçirən “Hürjet” həmin uçuş zamanı 14000 ft (4.2 km) yüksəkliyə qalxaraq 26 dəqiqə havada qalıb və 250 knot hava sürətinə çatıb.

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən başladılan layihə əsasında hazırlanan “Hürjet” təlim təyyarəsi Hərbi Hava Qüvvələrinə (HHQ) 4-cü və 5-ci nəsil döyüş təyyarəsi pilotlarının hazırlanmasında kömək edəcək. Bundan başqa təyyarə hücum əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş bacarıqlarına da sahib olacaq.

Hazırda TUSAŞ şirkəti “Hürjet”in vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olması və “TCG Anadolu” amfibiya hücum gəmisində istifadə edilə bilməsi üçün də işlərni davam etdirir.

Poliqon.az

CATEGORIES
TAGS