HÜRKUŞ Britaniya səmasında uçacaq

HÜRKUŞ Britaniya səmasında uçacaq

Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkətinin HÜRKUŞ təyyarəsi 18-22 iyul tarixlərində Böyük Britaniyada keçiriləcək “Farnborough” aviasiya sərgisində avia-şou göstərəcək.

“Poliqon” xəbər verir ki, iyulun 10-da Ankaradan havaya qalxan HÜRKUŞ Böyük Britaniyaya yola düşüb.

Qeyd edək ki, TUSAŞ şirkəti “Farnborough” sərgisində HÜRKUŞ-la yanaşı, Milli Döyüş Təyyarəsi (MMU), “Hürjet” təlim və yüngül hücum təyyarəsi və T625 “Gökbey” yüngül çoxməqsədli helikopter layihələrini də təqdim edəcək. TUSAŞ şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi komanda heyətinin sərgi çərçivəsində bir çox görüş keçirəcəyi planlaşdırılıb.

Xatırladaq ki, 26-29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində HÜRKUŞ aerobatika komandalarının hava şouları keçirilib. HÜRKUŞ təlim təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdiriblər.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS