IAI iki yeni “gəzən sursatını” bazara çıxardı

İsrail Aviasiya və Kosmik Sənayesi (Israel Aerospace Industries – IAI) şirkəti bu həftə Sinqapurda işə başlayan aviaşouda özünün iki yeni radarlara qarşı “gəzən sursatını” beynəlxalq bazara təqdim edib.

Bu barədə “AzeriDefence” İsrailin “Defense Update” saytına istinadən məlumat verib.

Yeni “gəzən sursat”lafrdan biri “Harpy” antiradar sistemi ailəsinə daxildir və “Harpy-NG” (Harpy Next Generation) digəri isə “Harop” ailəsindən daha kompakt “Green Dragon”dur.

“Harpy NG” rəqibin hava hücumundan müdafiə əməliyyat sistemini, o cümlədən radarlarını sıradan çıxarmaq üçün nəzərdə tutulur.

“Green Dragon” sistemi isə özündə elektro-optik və infraqırmızı kameraları birləşdirir. Daha kompakt olan bu sistem vasitəsi ilə atışdan sonra hədəfi yüksək keyfiyyətlə izləmək və mobil hədəfləri məhv etmək mümkündür. Bu “gəzən sursat”la atışdan sonra 40 km radiusda hədəfləri müşahidə etmək və onlara 1 metr dəqiqliklə zərbə endirmək mümkündür. Cəmi 15 kq çəkiyə malik sursatın döyüş başlığı 3 kq təşkil edir və sursat 1.7 metr uzunluğunda qında yerləşdirilib. Atışdan sonra onun fəaliyyətinə tablet üzərindən nəzarət edilir və görüntülər DataLink üzərindən nəzarət panelinə ötürülür.

“Harpy NG”də sələfi “Harpy”də olduğu kimi 15 kq yüksək detonasiyalı döyüş başlığına sahibdir. Sələfindən fərqi isə həm geniş, həm də aşağı tezlik diapazonlarında çalışan hədəfləri təyin edə bilən radiotezlik axtarıcısına sahib olmasıdır. Bu sistem dizayn baxımından “Harop”a bənzədilib. “Harpy-NG” havada 6 saat qalır.

Saytın yazdığına görə, “Harpy” sistemləri İsrail Müdafiə Qüvvələri ilə yanaşı, Hindistan, Cənubi Koreya, Çili, Türkiyə və Çin, “Harop” isə Hindistan və Azərbaycanın silahlanmasına daxildir.

Harpy-NG-1021-696x395

Harpy-NG

Green-Dragon-725

Green Dragon

CATEGORIES
TAGS