IAI şirkəti yeni WIND DEMON qanadlı raketini təqdim edib

IAI şirkəti yeni WIND DEMON qanadlı raketini təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti “hava-səth” tipli yeni WIND DEMON qanadlı raketini təqdim edib.

Bu barədə “Poliqon” Israel Aerospace Industries” şirkətinə istinadən xəbər verib.

IAI şirkəti WIND DEMON ilə müştərilərə yüksək dəqiqlik, sağ qalma qabiliyyəti, uzun mənzilli zərbə imkanı və öldürücülük təklif edir ki, bu da istifadəçilərin sərfəli və effektiv qanadlı raket ehtiyacını qarşılayır.

Elektro-optik və lazer təyinatlı axtarış sistemləri ilə təchiz olunan WIND DEMON raketi gecə və gündüz əməliyyat bacarığı təmin edir. Raket 200 km mənzilə və kütləsi 20 kq-dan çox olan döyüş başlığına sahibdir.

CATEGORIES
TAGS