
İDEF-2021: HAVELSAN rəqəmsal təhlükəsizlik imkanlarını nümayiş etdirir
Türkiyənin HAVELSAN şirkəti IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində rəqəmsal təhlükəsiz imkanlarını nümayiş etdirir.
Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən məlumat verilib.
Covid-19 pandemiyası səbəbi ilə IDEF-2021 sərgisində fiziki təmas nöqtələri minimuma endirilib. Fiziki sərginin üstünlükləri rəqəmsal dünyanın imkanları ilə birləşdirilərək “yeni nəsil hibrid sərgi” təşkil edilib.
Pandemiya dövründə böyük texnoloji tərəqqi əldə edən HAVELSAN istifadəçilərin təhlükəsizliyini və istifadəçi məlumatlarını bütün həll yollarında ön planda tutan şirkət “HAVELSAN Diyalog” video konfrans tətbiqi, “HAVELSAN Drive” rəqəmsal məlumat saxlama sistemi kimi inkişaf etdirdiyi digər önəmli həllər ilə məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Sərginin rəqəmsal əlaqə sponsoru olan HAVELSAN milli sistemli qurumlar üçün mövcud olan video konfrans, ani mesajlaşma, təhlükəsiz fayl paylaşımı və saxlama əməliyyatlarını təqdim edir. “HAVELSAN Drive” video konfrans tətbiqetməsindən pulsuz istifadəni təqdim etməsi nəticəsində sərgiyə gələ bilməyən iştirakçı şirkətlər və ziyarətçilər virtual bir araya gələrək iş əlaqələri qururlar.
Şirkət IDEF təşkilatçıları ilə birlikdə ziyarətçilər üçün Rəqəmsal Əlaqə Mərkəzi təqdim edir. Kompüterləri, printerləri, iş otaqlarını və onlayn görüş otaqlarını özündə birləşdirən HAVELSAN-ın Rəqəmsal Əlaqə Mərkəzində xarici qonaqlar “HAVELSAN Diyalog” video konfrans vasitəsi ilə öz görüşlərini keçirirlər.
Bu çərçivədə HAVELSAN məhsulların broşuraları, kataloqları, təqdimatları və videoları kimi rəqəmsal tanıtım materiallarını “HAVELSAN Drive” vasitəsi ilə pulsuz və etibarlı şəkildə paylaşır.
Ziyarətçilər ətraflı məlumat əldə etmək istədikləri məhsulların nümayiş sahələrində yerləşdirilmiş QR kodları skan edərək müvafiq məhsulların bütün rəqəmsal materiallarına dərhal daxil ola bilirlər.
Həmçinin, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun (TSKGV) koordinasiyası ilə sərgiyə fiziki olaraq qatıla bilməyən xarici komitələrə də onlayn görüş otaqları verilir.