
IDEF-2021: “Havelsan” yeni müqavilələr bağlayıb
İstanbulda keçirilən IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin 2-ci günü bir neçə əhəmiyyətli müqavilənin imzalanması ilə başlayıb.
“Poliqon” xəbər verir ki, Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacarla Türkiyənin Müdafiə Sənayesi (SSB) Başqanı İsmail Dəmir arasında yerli və milli həllərə əsaslanan “Sahil-Net” müqaviləsi imzalanıb.
Bundan başqa, HAVELSAN şirkətinin baş direktoru Türkiyə Quru Qoşunları komandanı general Ümit Dündarla əməliyyat sahəsinin təhlükəsizliyini və səmərəliliyini artıracaq “Artırılmış Gerçeklik Projesi” (AGP) müqaviləsini bağlayıb.