IDEF-2021 sərgisinin keçiriləcəyi tarix dəqiqləşdi

IDEF-2021 sərgisinin keçiriləcəyi tarix dəqiqləşdi

Türkiyədə keçiriləcək IDEF-2021 15-ci beynəlxalq müdafiə sərgisinin keçiriləcəyi vaxt təsdiqlənib.

Bu barədə “AzeriDefence”ə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondundan (TSKGV) məlumat verilib.

IDEF-2021 beynəlxalq müdafiə sərgisi 2021-ci il 25-28 may tarixlərində Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçirilən IDEF-2021 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək.

Qeyd edək ki, 2015-ci ildən “Azeri Defence” jurnalı da IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.

 

 

 

 

CATEGORIES
TAGS