
IDEF-2023: “Roketsan”ın KMC-U silah sistemi ilk dəfə təqdim olunub
“Roketsan” şirkətinin KMC-U silah sistemini ilk dəfə IDEF-2023 sərgisində təqdim olunub.
“Poliqon” xəbər verir ki, KMC-U “Roketsan” tərəfindən istehsal edilən “Cirit”, UMTAS və L-UMTAS tank əleyhinə idarə olunan raketləri (TƏİR) atmağa qadirdir.
Bundan başqa, FNSS istehsalı “Pars İZCİ 6×6” zirehli nəqliyyat vasitəsi üzərinə quraşdırılan silah sistemi 7.62 mm-lik pulemyotla da təchiz edilib.