IDEF-2023: TUSAŞ T925 çoxməqsədli helikopterini ölkə daxilində birinci dəfədir nümayiş etdirir
Türkiyənin TUSAŞ şirkəti İstanbulda keçirilən IDEF-2023 sərgisində TC-925 quyruq nömrəli (T925) çoxməqsədli helikopterini nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, T925 ölkə daxilində ilk dəfə IDEF-də sərgilənir.
Qeyd edək ki, helikopter bundan öncə Fransada keçirilən “Paris Air Show” aviasiya sərgisində ilk dəfə təqdim edilib.
11 tonluq T925 helikopteri, ATAK-2 kimi tanınan T929-un çoxməqsədli versiyası kimi dizayn olunub. T925-də də ATAK-2-dəki kimi eyni transmissiya və mühərrik sistemindən istifadə edilib.
21 nəfəri daşıya biləcək T925, bu cəhətdən Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan S-70 “Black Hawk” və AS532 “Cougar”dan daha yüksək tutuma malik olacaq.