“İDEX-2021” sərgisi işə başlayıb – FOTOLAR

“İDEX-2021” sərgisi işə başlayıb – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində on beşinci “İDEX-2021” beynəlxalq müdafiə sərgisi və altıncı “NAVDEX-2021” dəniz sərgisi işə başlayıb.

“Poliqon”un məlumatına görə, fevralın 21-dən 25-dək davam edəcək “İDEX” və “NAVDEX” sərgilərində dünyanın 59 ölkəsindən 900 ixtisaslaşmış şirkət öz məhsul və xidmətlərini təqdim edir. BƏƏ-nin yerli şirkətləri iştirakçı şirkətlərin 16 faizini təşkil edir ki, bu da dünyanın 900 şirkəti arasından 144 milli şirkətdir.

BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında keçirilən sərgilər Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində keçirilir.

Sərgilərdə qlobal müdafiə sektorundakı ən yeni texnologiyalar və yeniliklər nümayiş etdirilir. Nüfuzlu “İDEX” və “NAVDEX” sərgiləri BƏƏ-nin müdafiə sənayesinin böyüməsini dəstəkləyir və böyük beynəlxalq şirkətlər arasında yeni əlaqələr qurur.

Euveoz5UYAU2a m

Euveo1pU4AQ8Qk3

EuvenNbVEAQvujv

EuvenMPVgAEVNB2

EuvenLKVoAE9a e

EuvenKhVkAIi350

EuuahhfVcAADwGS

EuuahheVIAAiDgj

Euu1ZObVEAAFsiD

Euu1ZOaVIAAVeKK

Euu1aXPVEAIDBPg

CATEGORIES
TAGS