IDEX-2023: MSN 145 adda müdafiə təyinatlı məhsulunu nümayiş etdirir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən IDEX-2023 Beynəlxalq Müdafiə Sərgi və Konfransında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi stendlə təmsil olunub.
“Poliqon” xəbər verir ki, sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Dünyanın 65 ölkəsindən 1350-dən çox qabaqcıl şirkət və 350 nümayəndə heyətinin qatıldığı IDEX-2023 Beynəlxalq Müdafiə Sərgi və Konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
IDEX-2023 Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.
TAGS IDEX-2023