IDEX-2023: Rusiya sərgidə özünün yeni hərbi məhsullarını nümayiş etdirəcək

IDEX-2023: Rusiya sərgidə özünün yeni hərbi məhsullarını nümayiş etdirəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyası fevralın 20-dən 24-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə keçiriləcək IDEX-2023 sərgisində özünün yeni müdafiə təyinatlı məhsullarını nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərgidə “Rostex” Dövlət Korporasiyasının tərkibindəki “Yüksək dəqiqlikli komplekslər”, “Şvabe”, “Vertoleti Rossii”, “Roselektronika”, “Kalaşnikov”, “Uralvaqonzavod” və digər şirkətlərin istehsal etdikləri məhsullar ziyarətçilərə, rəsmi nümayəndə heyətlərinə təqdim olunacaq.

Həmin məhsullar arasında müxtəlif tipli quru, hava və dəniz platformaları yer alır.

Zirehli texnikalar: T-90MS tankı; “Sprut-SDM1” yüngül amfibiya tankı, BMPT atəş dəstəyi maşını, BMP-3 piyada döyüş maşını (PDM), BT-3F zirehli transportyor.

Raket və artilleriya sistemləri: “İsgəndər-E” operativ-taktik raket kompleksi (OTRK); “Tornado-S” (9K515) yaylım atəşli reaktiv sistem (YARS); “Vixr-1”, “Xrizantema-S” və “Kornet-EM” tank əleyhinə idarəolunan raketlər (TƏİR); TOS-1A ağır odatan sistem; “Krasnopol” və “Kitolov-2M” müasir idarə olunan artilleriya mərmiləri; 57 mm-lik AU-220M uzaqdan idarəolunan döyüş modulu.

Atıcı silhalar: AK-12, AK-15, AK-19 və AK-308 avtomatları; AK-200 seriyasına daxil olan avtomatlar; “Çukavin” snayper tüfəngi və s.

Hava platformaları: Ka-52E və Mi-28NE döyüş helikopterləri; Mi-171Ş nəqliyyat helikopteri; Ka-226T yüngül çoxməqsədli helikopter; “Orion-E”, “Orlan-10E” və “Orlan-30” pilotsuz uçuş aparatları (PUA).

Hava hücumundan müdafiə (HM) sistemləri: uzun mənzilli S-400 “Triumf” və “Antey-4000” zenit-raket kompleksləri (ZRK); orta mənzilli S-350E “Vityaz” və “Vikinq” ZRK-ləri; qısa mənzilli “Tor” ZRK-nin müxtəlif modifikasiyaları.

PUA əleyhinə sistemlər: “Repellent”, “Repellent-Patrul, RLC-MTSE, RB-504P-E və RB-504A-E.

Dəniz platformaları: BK-10 yüksəksürətli hücum kateri; BK-16 sürətli nəqliyyat və desant çıxarma kateri; “Rubej-ME” taktiki sahil mühafizə raket sistemi.

Həmçinin, bu siyahıya 4×4 təkər formullu zirehli nəqliyyat vasitələri, müxtəlif tipli radarlar, əlavə qoruyucu zirehlər və s. daxildir.

Poliqon.az

CATEGORIES
TAGS