İHA-122 raketinin ilk atış sınağı keçirilib

İHA-122 raketinin ilk atış sınağı keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan İHA-122 səsdən sürətli raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı İHA-122 raketi 55 kilometr uzaqlıqdakı hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, “Roketsan” şirkətinin hazırladığı İHA-122 PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-122 “yer-yer” tipli raketinin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-122 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

CATEGORIES
TAGS