İHA-122 raketinin növbəti atış sınağı keçirilib – VİDEO

İHA-122 raketinin növbəti atış sınağı keçirilib – VİDEO

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən İHA-122 səsdən sürətli raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) növbəti atış sınağı yerinə yetirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı İHA-122 hədəfi yüksək dəqiqliklə vurub.

“Roketsan” şirkətinin hazırladığı İHA-122, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli raketdir. O, şirkət istehsalı olan “yer-yer” tipli TRG-122 raketinin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-122 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

CATEGORIES
TAGS