İlham Əliyev: Ermənistanın ziddiyyətli siyasəti onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi

İlham Əliyev: Ermənistanın ziddiyyətli siyasəti onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi

Ermənistan, sadəcə, status-kvo-nu saxlamaq istəyirdi. Çalışırdı danışıqlar formatından münaqişəni yalnız daimi olaraq dondurmaq üçün istifadə etsin.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, əvvəlki illər ərzində Ermənistan rəhbərliyi, sadəcə, guya münaqişəni ATƏT-in Minsk Qrupu daxilində həll etmək istədiyini göstərirdi: “Son bir neçə il ərzində erməni rəhbərliyi artıq açıq şəkildə bəyan edirdi ki, onlar hər hansı işğal edilmiş ərazilərin santimetrini qaytarmayacaqlar. Ermənistanın hazırkı Baş naziri bir bəyanatla çıxış etdi, o bunu Azərbaycanın işğal edilmiş ərazilərində iki il öncə söylədi. Qeyd etdi ki, “Qarabağ Ermənistandır”. Bu da, əslində, danışıqların sonu demək idi. İlk olaraq bu, çox ziddiyyətli və yalan bəyanat idi. Çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir, onu dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü tanımayıb. Digər tərəfdən, onlar deyirdilər “Qarabağ Ermənistandır”. Bu ziddiyyət, əslində, Ermənistanın ziddiyyətli siyasətini üzə çıxartdı. Bu, onların ötənilki acı məğlubiyyəti ilə nəticələndi. Həmçinin, Ermənistanın müdafiə naziri də bəyanat verdi və açıq şəkildə Azərbaycana hədə gəldi. Qeyd etdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Yəni, bu, Azərbaycanın daha çox ərazilərini zəbt etmək üçün bir hədə idi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri sükutu saxladılar”.

“Biz onları məğlub etdik. Ermənistan tələbləri qəbul etməyə məcbur edildi. Mən həmin vaxt bəyan etdim ki, biz o vaxt dayanacağıq ki, Ermənistan Baş naziri bizə işğal olunmuş ərazilərdən çıxmaq cədvəlini verəcək. 7000 əsgərin ölümü və 44 günün keçməsi tələb etdi ki, Ermənistan rəhbərliyi bunu başa düşsün. Bu, böhranla nəticələndi, 9 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Bu bizə, həmçinin, qalan işğal olunmuş ərazilərdən çıxmaq cədvəlinin verilməsi ilə nəticələndi”, – deyə Azərbaycan Prezidenti bildirib.

Poliqon.az

CATEGORIES
TAGS