İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalanmasının şərtlərini açıqlayıb

İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalanmasının şərtlərini açıqlayıb

Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdama səfəri zamanı çıxışında deyib.

“Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”, – deyə Ali Baş Komandan qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, görülən işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq.

Poliqon.az

CATEGORIES
TAGS