İlham Əliyev: İranın sərhədimizin yaxınlığında keçirdiyi hərbi təlimlər təəccüblüdür

İlham Əliyev: İranın sərhədimizin yaxınlığında keçirdiyi hərbi təlimlər təəccüblüdür

Bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?

Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, – deyə Prezident vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS