İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon” Prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Türkiyənin milli müdafiə naziri 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.

Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunulub və bu tədbir yüksək səviyyəli münasibətlərin bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş