Türkiyə istehsalı olan ilk T70 çoxməqsədli helikopteri sifarişçiyə təhvil verilib

Türkiyə istehsalı olan ilk T70 çoxməqsədli helikopteri sifarişçiyə təhvil verilib

Dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S70i helikopterinin bazasında Türkiyədə lisenziya əsasında T70 indeksli çoxməqsədli helikopter hazırlanıb.

“Poliqon” Türkiyə Daxilli İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq kvalifikasiya sınaqları tamamlanan ilk T70 helikopteri Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verilib.

Layihənin əsas podratçısı Türkiyənin TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” şirkətləri və ABŞ-ın “Sikorsky” şirkətidir.

Layihə çərçivəsində T70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərini, TEI ona güc verən T700 mühərikinin istehsalını, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrin həm istehsalını, həm də inteqrasiyasını yerinə yetirir.

Poliqon.az

CATEGORIES
TAGS