İndoneziya ABŞ-dan F-15 döyüş təyyarələri alır

İndoneziya ABŞ-dan F-15 döyüş təyyarələri alır

ABŞ Dövlət Departamenti İndoneziyaya yerli “Boeing” şirkətinin istehsalı olan F-15 “Advanced Eagle” döyüş təyyarələri və ehtiyat hissələrinin satışına icazə verib.

“Poliqon” xəbər verir ki, müqavilənin dəyəri 13,9 milyard ABŞ dolları təşkil edir.

Satış paketinə 36 ədəd F-15ID təyyarəsi, təyyarələrin ehtiyat hissələri, müvafiq avadanlıqlar və digər dəstək ləvazimatları daxildir.

Xatırladaq ki, bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq üçün Fransadan 42 ədəd son nəsil “Rafale” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS