İndoneziya Belçikadan özüyeriyən haubitsalar alıb
İndoneziya Belçikadan 18 ədəd 155 mm-lik М109А4ВЕ özüyeriyən haubitsalar alıb.
“AzeriDefence” xəbər verir ki, bu haqda İndoneziyanın KİV-ləri məlumat yayıb.
2016-ci ilin əvvəllərində Belçika ilə İndoneziya arasında М109А4ВЕ özüyeriyən haubitsaların alğı-satqısına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən Belçika 2017-ci ilin oktyabr ayında İndoneziya Silahlı Qüvvələrinə haubistaları təhvil verib. Bu haubitsalar İndoneziyada M109 ailəsinin ilk özüyeriyən artilleriya sistemləridir.
Məlumatda o da qeyd olunub ki, ABŞ istehsalı olan М109А4ВЕ haubistalar Belçika tərəfindən modernləşdirilib. Aparılan modernləşdirmə işlərinə baxmayaraq, 2008-ci ildə Belçika hökuməti М109А4ВЕ özüyeriyən haubistaların Silahlı Qüvvələrə daxil edilməsini tam şəkildə rədd edib. 2011-ci ildən etibarən M109A4BE huabitsaları satış məqsədilə saxlanmaya verilib. Hazırda onların bir hissəsi İndoneziyaya satılıb.