İndoneziya İtaliyadan 1 milyard avro dəyərində çoxməqsədli patrul gəmiləri alır

İndoneziya İtaliyadan 1 milyard avro dəyərində çoxməqsədli patrul gəmiləri alır

İtaliyanın “Fincantieri” şirkəti İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) iki ədəd PPA sinifli çoxməqsədli patrul gəmisi tədarük edəcək.

“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bunun üçün şirkət və İndoneziyanın Müdafiə Nazirliyi arasında 1.1 milyard avro dəyərində müqavilə imzalanıb.

Bildirilib ki, bu gəmilər hazırda şirkətin İnteqrasiya edilmiş Gəmiqayırma Zavodunda inşa olunmaqdadır və onlar İndoneziya tərəfindən sifariş edilməmişdən əvvəl İtaliya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuşdu.

İndoneziya Müdafiə Nazirliyinin PPA patrul gəmilərinə olan marağı 2023-cü ilin iyul ayında İtaliya Hərbi Dəniz Qüvvələrinin PPA sinifili “Francesco Morosini” gəmisinin bu ölkəyə səfər etməsi ilə yaranıb. Daha sonra isə “Fincantieri” şirkəti, İndoneziya və İtaliya Müdafiə nazirlikləri arasında danışıqlar başlayıb.

PPA sinifli çoxməqsədli patrul gəmisinin uzunluğu 143 metr və sürəti 32 knot təşkil edir. Təxminən 170 nəfərdən ibarət ekipajı olan gəmi 30 gün ərzində əlavə təminat olmadan açıq dənizdə fəaliyyət göstərə bilir. Gəmi patrul əməliyyatlardan əlavə, mülki müdafiə missiyalarını da yerinə yetirmək bacarığındadır.

CATEGORIES
TAGS