İndoneziya İtaliyadan FREEM tipli freqatlar alır

İndoneziya İtaliyadan FREEM tipli freqatlar alır

İndoneziya Müdafiə Nazirliyi ilə İtaliyanın “Fincantieri” tərsanəsi arasında yeni freqatların alınması, modernizasiyası və logistika dəstəyinin verilməsini nəzərdə tutan müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Fincantieri” tərsanəsi məlumat yayıb.

Müqaviləyə əsasən, “Fincantieri” İndoneziya Ordusu üçün 6 ədəd FREEM (Fregata europea multi-missione) tipli freqat tədarük edəcək və 2 ədəd “Maestrale” tipli freqatın modernləşdirməsini reallaşdıracaq.

Poliqon.az

CATEGORIES
TAGS