İndoneziyanın hərbi gəmiləri DENİZHAN dəniz topu ilə silahlandırılacaq

İndoneziyanın hərbi gəmiləri DENİZHAN dəniz topu ilə silahlandırılacaq

IDEF-2025 sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti 76/62 mm-lik DENİZHAN dəniz topunun İndoneziyaya ixrac edilməsi ilə bağlı müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, Türkiyənin dəniz topu sahəsindəki ilk ixrac müqaviləsi olması baxımından əhəmiyyət daşıyan bu razılaşma, eyni zamanda MKE-nin Asiya-Sakit okean bölgəsində artan təsirinin göstəricisidir.

Sözügedən müqavilə MKE-nin yerli və milli sistemlərini qlobal miqyasda mövqeləndirmə visionunun konkret addımı kimi qiymətləndirilir.

Yüksək atəş sürəti, elektro-optik dəstəkli hədəfləmə sistemləri və inteqrasiya olunmuş komanda-idarəetmə imkanları ilə seçilən DENİZHAN dəniz topu çoxməqsədli istifadə qabiliyyəti ilə müasir dəniz platformaları üçün güclü bir həll təqdim edir.

Bu ixrac MKE-nin qabaqcıl texnologiyaya əsaslanan istehsal imkanlarını və beynəlxalq rəqabətdəki iddiasını bir daha nümayiş etdirir.

cff8292c edc1 48ea af20 2b0fa334cf2a

CATEGORIES
TAGS