
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik olunub
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişikliklər edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiya aşağıdakı tərkibdə yaradılacaq:
Komissiyanın sədri
- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
- Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
- Azərbaycan Respublikası müdafiə nazirinin müavini
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.
Sərəncama görə, “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəzlənəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
CATEGORIES Xəbərlər