Müdafiə
İordaniya “Falcon III” və “Falcon II” radiostansiyalarını seçdi

“Harris” korporasiyası İordaniya Silahlı Qüvvələri ilə “Falcon III” və “Falcon II” radiostansiyalarının alqı-satqısına dair müqavilə bağlayıb. “AzeriDefence”nin məlumatına görə, alqı-satqı müqaviləsinin dəyəri 26.4 mln. ABŞ dolları təşkil edir.
“Harris” korporasiyasının yaydığı press-relizdə qeyd olunub ki, bu taktiki radiodstansiyalar İordaniya silahlı qüvvələrinin taktiki kommunikasiya bacarıqlarını təkmilləşdirəcək.
“Bu İordaniya silahlı qüvvələri C4ISR sisteminin qurulmasında mühüm rol oynayacaq” – deyə “Harris” şirkətinin biznes əlaqələri üzrə prezidenti Brendan O’Connell vurğulayıb.
Qeyd edək ki, “Harris” rabitə vasitələri komanda, nəzarət, kommunikasiya, məlumat, müşahidə, kəşfiyyat və ya C4ISR üçün daha təkmil hesab olunur.




