
İran donanmasına 340 ədəd hərbi kater verilib
İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin silahlanmasına yeni döyüş gəmisi və hərbi katerlər verilib.
Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
İran Ordusunun Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH-ın Baş komandanı general Hüseyn Səlaminin iştirakı ilə Bəndər-Abbas liman şəhərində keçirilən mərasimdə 340 ədəd hərbi kater və döyüş gəmisi SEPAH Hərbi Dəniz Qüvvələrinin inventarına qəbul edilib.
Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib ki, İranın müdafiə sənayesi tərəfindən milli imkanlar hesabına hazırlanan katerlər yüksək sürətlidir və yüksək manevr qabiliyyətinə malikdir. Yeni katerlər uzaq hədəfləri vurmaq üçün silah sistemləri, su altında əməliyyat aparmaq üçün ləvazimatlarla təchiz olunub.