İran Əfqanıstandan ABŞ istehsalı olan hərbi texnika əldə edib

İran Əfqanıstandan ABŞ istehsalı olan hərbi texnika əldə edib

İran Əfqanıstandan Əfqanıstan təhlükəsizlik qüvvələrinə aid olan və ya şəxsi heyətin təxliyəsi zamanı geridə qalan ABŞ istehsalı hərbi texnikanı əldə edib.

“Poliqon” “The Times” qəzetinə istinadən xəbər verir ki, əvvəllər Əfqanıstan təhlükəsizlik qüvvələrinə verilmiş ABŞ istehsalı hərbi texnikaların İran ərazisində çəkilmiş foto və videoları sosial mediada yayılıb.

Bəzi şəkillərdə İran ordusunun yük maşınlarının açıq platformalarında daşınan “Humvee” ordu yolsuzluq avtomobilləri və MRAP tipli zirehli maşınlar göstərilir.

Videonu ilk nümayiş etdirən və İran hərbi işləri üzrə ixtisaslaşan sosial media kanalı, iranlıların digər hərbi texnikanı da ələ keçirdiklərini bildirib.

Lakin, hələlik təfərrüatlar yoxdur və İranın bu hərbi texnikanı tam olaraq necə aldığı məlum deyil. İran rəsmiləri isə hələ də bu şəkillərə münasibət bildirməyib.

mrap2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS