İran eyni vaxtda 12 hədəfi vura bilən yeni HHM sistemi hazırlayıb
İranın yeni hazırladığı “Tactical Sayyad” (“Taktiki Səyyad”) hava hücumundan müdafiə (HHM) sistemi eyni vaxtda 12 hədəfi vura bilir.
“Poliqon”un məlumatına görə, bunu “Tasnim” xəbər agentliyinə açıqlamasında İran müdafiə nazirinin tədqiqat və sənaye işləri üzrə müavini Afşin Naderi Şərif deyib.
Qurumun rəsmisi bildirib ki, orta hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulan “Tactical Sayyad”, “Khordad-3” və “Khordad-15” HHM sistemlərindən daha üstündür. O, 180 kilometr məsafədə 24 hədəfi aşkar edib izləyə və eyni vaxtda 120 kilometr məsafədə 6-12 hədəfi vura bilir.
A.N.Şərifin sözlərinə görə, yeni HHM sisteminin radarları və raket buraxılış qurğuları vahid avtomobilə inteqrasiya olunaraq daha çevik vəziyyətə gətirilib.