İran HDQ üçün əlavə iki esmines inşa edilir

İran HDQ üçün əlavə iki esmines inşa edilir

İranda yerli və milli imkanlar hesabına Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə “Zaqros” və “Dəmavənd 2” adlı iki esmines inşa edirlir.

“Poliqon” xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani İRİNN televiziya kanalına müsahibəsində bildirib ki, yeni esmineslərin tikintisi plana uyğun davam etdirilir.

HDQ komadanı bildirib ki, yaxın vaxtlarda “Zaqros” və “Dəmavənd 2” esmineslərin tikintisi tamamlanacaq və sınaqlardan keçirildikdən sonra İran HDQ-nin istismarına veriləcək.

Admiral Şəhram İraninin sözlərinə görə, HDQ-nin ehtiyaclarının qarşılanması üçün son illər yerli istehsalatda mühüm irəliləyişlər olub. Belə ki, İran HDQ-yə keçən ilin iyununda “Dena” esminesi və “Şahin” minaaxtaran gəmisi təhvil verilib.

“Camaran” sinfinin dördüncü esminesi olan “Dena” müxtəlif müdafiə sistemləri ilə təchiz olunub. “Dena” esminesi müxtəlif hava, suüstü və sualtı təhlükələri aşkar etmək, izləmək, onların qarşısını almaq və zərərsizləşdirmək kimi qabiliyyətlərə malikdir.

İran HDQ-nin inventarına yeni qəbul edilən “Şahin” minaaxtaran gəmisi dənizdə minaları aşkarlamaq və zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS