
İran kosmosa 3 tədqiqat peyki buraxıb
İran 70 km hündürlükdə və 7350 m/san sürətlə “Simurq” daşıyıcısı və 3 ədəd tədqiqat peykinin uğurla orbitə çıxarılmasını elan edib.
“Poliqon” xəbər verir ki, bu barədəİran kosmik qrupunun rəsmi nümayəndəsi Seyid Əhməd Hüseyni bildirib.
Əhməd Hüseyni qeyd edib ki, vəzifəsi 3 ədəd tədqiqat peykini kosmosa çatdırmaq olan yüngül sinifli “Simurq” daşıyıcı raketi də uğurla buraxılıb.
Qeyd edək ki, İran kosmik proqrama 2004-cü ildə başlayıb. O, Rusiya və ABŞ ilə birlikdə peyk istehsal edən dünyada doqquz ölkə arasındadır. 2017-ci ildə İranda milli aerokosmik sənayenin problemlərinin həlli üçün İmam Xomeyni Kosmik Mərkəzi açılıb. Mərkəz kosmik gəmiləri hazırlamaq, buraxmaq, izləmək və idarə etmək missiyalarını yerini yetirir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər