İran orbitə yeni hərbi peyk buraxıb

İran orbitə yeni hərbi peyk buraxıb

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri bu gün “Nur 2” adlandırılan ikinci peykini orbitə çıxarıb.

“Poliqon” İranın İRNA dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, yeni hərbi peyk orbitə buraxıldıqdan 480 saniyə sonra yerin 500 kilometrliyində yerləşib.

Bildirilib ki, kəşfiyyat və incələmə peyki olan “Nur 2” saniyədə 6-7 kilometr hərəkət edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS