
İran ordusu yeni silah və texnikalarla silahlandırılıb
İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi briqadası yeni silah və texnikalarla silahlandırılıb.
Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Hüseyn Salaminin iştirakı ilə təşkil edilən mərasimdə SEPAH-ın xüsusi briqadasına müasir və strateji silahlar təhvil verilib.
Silahlanmaya yeni qəbul edilən silah və texnikalardan yeni nəsil raketlər, hücum və kəşfiyyat helikopterləri, uzun mənzilli silahlı pilotsuz uçuş aparatları, kamikadze pilotsuz uçuş aparatları və s. nümayiş etdirirlib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər