İran Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

İran Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

Yanvarın 26-da İran Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İran Prezidenti Seyid İbrahim Rəisi xalqların əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbədən sonra azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələr arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

1 14 2 17 3 15 4 10 5 5

Poliqon.az

CATEGORIES
TAGS