İran Rusiyadan Mi-17 helikopterləri satın alıb

İran Rusiyadan Mi-17 helikopterləri satın alıb

İran hökuməti Qızıl Aypara Cəmiyyəti (IRCS) üçün Rusiyadan 12 ədəd axtarış-xilasetmə və 3 ədəd yanğınsöndürm helikopteri satın alıb.

“Poliqon” IRNA-ya istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi açıqlayıb.

O bildirib ki, İran hələ prezident İbrahim Rəisinin dövründə Rusiyadan gecəgörmə cihazları ilə təchiz olunan 12 ədəd axtarış-xilasetmə və 3 ədəd yanğınsöndürmə helikopteri alıb.

B.Mahmudinin sözlərinə görə, bu helikopterlərin alınması üçün 2024-cü ilin aprel ayının sonunda tərəflər arasında ümumi dəyəri təxminən 500 milyon ABŞ dolları olan müqavilə imzalanıb.

Qeyd edək ki, xarici KİV-lər İranın Rusiyadan aldığı 12 ədəd axtarış-xilasetmə helikopterinin Mi-17 olduğunu bildirir.

CATEGORIES
TAGS