İran suya eniş-qalxış edə bilən yeni PUA hazırlayıb

İran suya eniş-qalxış edə bilən yeni PUA hazırlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) su səthinin üzərinə eniş-qalxış edə bilən pilotsuz uçuş aparatlarından (PUA) istifadə edəcək.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Əlirza Tanqsiri açıqlayıb.

Sözügedən pilotsuz uçuş aparatların SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən istehsal olunduğunu söyləyən Əlirza Tanqsiri bildirib ki, bu PUA-lar raket və bomba daşımaq imkanına malikdir.

Onun sözlərinə görə, SEPAH HDQ həmçinin buraxılış və uçuş üçün iki ayrı mühərrikə sahib hibrid PUA-lar da istehsal edib.

Bu PUA-ların 15 saata qədər patrul və kəşfiyyat əməliyyatlarını həyata keçirə biləcəyini deyən kontr-admiral, onların tezliklə İran İslam İnqilabı Keşikçiləri Korpusunun invenratında yer alacağını qeyd edib.

CATEGORIES