İran tank parkını təkmilləşdirir – FOTO

İran tank parkını təkmilləşdirir – FOTO

İran Silahlı Qüvvələrinin texnika parkında yer alan tankların əsaslı təmir və dərin modernləşdirilməsinə başlayıb.

Bu barədə Azeri Defence saytı İranın Müdfiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İranın Müdafiə naziri general Əmir Hatəminin iştirakı ilə Dorud şəhəri yaxınlığındakı tank istehsalı və təmiri müəssisəsində tankların təkmilləşdirilməsi xəttinin açılışı olub.

Mərasimdə çıxış edən Müdafiə naziri general Əmir Hatəmi bildirib ki, İran Müdafiə Sənayesi Kompleksinin mütəxəssisləri tərəfindən ordunun silahlanmasında yer alan müxtəlif sinifli bütün tanklar T90 səviyyəsinə qədər yüksəldiləcək.

“Bu gün İran Müdafiə Sənayesi Komitəsinin mütəxəssisləri tərəfindən təkmilləşdirilərək silahlı qüvvələrə təhvil verilmiş tanklar yeni elektro-optik müşahidə sistemi, atış idarəetmə sistemi, o cümlədən lazer məsafəölçən cihaz və çox güclü kompüter ilə təchiz edilib. Sabit və hərəkətli hədəflərə gecə-gündüz atəş etmək imkanına malik olan zirehli texnikalarımız dünyanın qabaqcıl tanklarına bərabərdir”, – deyə İranın Müdafiə naziri vurğulayıb.

Daha sonra “Kərrar” tankının standartları əsasında təkmilləşdirlmiş T-72C tankının atış sınaqları keçirilib.

A85I2410 scaled e1597484246363

A85I0281 0

A85I2425 scaled e1597484264938

CATEGORIES
TAGS