İran yeni ballistik raketini nümayiş etdirib

İran yeni ballistik raketini nümayiş etdirib

İran müdafiə sənayesinin istehsalı olan “Xeyber sheken” (“Xeybərin qırıcısı”) adlı uzun mənzilli ballistik raket İslam İnqilabı Keşikçiləri Korpusunun inventarına əlavə edilib. 

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə və bir çox yüksək rütbəli hərbçilərin iştirak etdiyi mərasimdə “Xeyber sheken” ballistik raketin təqdimatı keçirilib.

Bildirilib ki, qatı yanacaqla işləyən raketin diametri 800 mm, uzunluğu 10 m, uçuş məsafəsi 1450 km təşkil edir. Raket yüksək çevikliyə və təyin olunmuş hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. “Xeyber sheken” ballistik raketi üçüncü nəsil uzaqmənzilli raket hesab edilir.

Məlumatda o da qeyd olunub ki, “Xeyber sheken”ın müasir dizaynı sayəsində çəkisi analoji raketlərlə müqayisədə üçdə bir azalıb, raketin buraxılmasına hazırlıq müddəti isə adi raketlərlə müqayisədə altıda bir qədər azalıb.

Poliqon.az

CATEGORIES
TAGS